Bank Of Baku

Piter Semnebi: “Çadır şəhərciyinə səfər etməkdə məqsədim məcburi köçkünlərin yaşayış şəraiti ilə yaxından tanış olmaq idi”

Piter Semnebi: “Çadır şəhərciyinə səfər etməkdə məqsədim məcburi köçkünlərin yaşayış şəraiti ilə yaxından tanış olmaq idi”
# 19 fevral 2007 08:07 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi dünən məcburi köçkünlərin məskunlaşdığı Sabirabad rayonunun Qalaqayın qəsəbəsinə baş çəkib. Bu barədə APA-ya açıqlamasında məlumat verən xüsusi nümayəndə bildirib ki, çadır şəhərciyinə səfər etməkdə məqsədi məcburi köçkünlərin yaşayış şəraiti, vəziyyəti ilə yaxından tanış olmaq olub. O, məcburi köçkünlərlə görüşdüyünü, onların durumu ilə maraqlandığını deyib. Bununla yanaşı, P.Semnebi yerli hakimiyyət nümayəndələri ilə də görüşlər keçirdiyini bildirib.
Qeyd edək ki, P.Semnebi bu gün xarici işlər naziri Elmar Məmmədyarovla görüşəcək, sabah isə QHT təmsilçiləri və hüquq müdafiəçiləri ilə bir araya gələcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR