Bank Of Baku

Xankəndi şəhər İcra Hakimiyyətinin yaradılması üçün iş aparılır

Xankəndi şəhər İcra Hakimiyyətinin yaradılması üçün iş aparılır
# 19 fevral 2007 11:18 (UTC +04:00)
Xankəndi şəhər İcra Hakimiyyətinin yaradılması üçün hökumət səviyyəsində iş aparılır. Bu barədə APA-ya Xankəndindən seçilmiş millət vəkili Həvva Məmmədova məlumat verib. İcra hakimiyyəti aparatının nə zaman fəaliyyətə başlayacağı ilə bağlı konkret məlumata malik olmadığını deyən H. Məmmədova hesab edir ki, maneələrə baxmayaraq, Xankəndi İH-nin yaradılmasına nail olunacaq: “2005-ci il parlament seçkilərində ilk dəfə olaraq Xankəndi seçki dairəsi yaradıldı. Qarabağ müharibəsindən sonra bu dairənin yaradılmasına ehtiyac vardı. Hazırda xankəndlilər 48 rayonda məskunlaşıblar və seçki ərəfəsində bununla bağlı çətinliklər ortaya çıxır. İnsanların bir yerə toplaşması mümkün deyil və buna görə də sakinlərdən İcra Hakimiyyətinin yaradılması ilə bağlı müraciətlər daxil olurdu. Müraciətlərə uyğun olaraq bu istiqamətdə iş aparılır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR