Bank Of Baku

Piter Semnebi Elmar Məmmədyarovla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib

Piter Semnebi Elmar Məmmədyarovla Dağlıq Qarabağ münaqişəsini müzakirə edib
# 19 fevral 2007 13:15 (UTC +04:00)
Azərbaycanda səfərdə olan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi bu gün xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. APA-nın məlumatına görə, görüşdən sonra P.Semnebi bildirib ki, E. Məmmədyarovla Avropa Qonşuluq Siyasəti Proqramı çərçivəsində imzalanmış Fəaliyyət Planının icrası, medianın durumu, Azərbaycanda demokratik və müstəqil mətbuatın inkişafının vacibliyi və s. məsələlər müzakirə olunub. Xüsusi nümayəndə görüşdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da fikir mübadiləsinin aparıldığını deyib: “Söhbətdə münaqişənin nizamlanması istiqamətində aparılan danışıqların hansısa müddətə ləngiməsindən narahatlıq ifadə olunub. Bundan başqa, biz zaman itirməmək üçün nə etmək, hansı addımları atmaq lazım olduğunu müzakirə etdik”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR