Bank Of Baku

YAP-ın Şamaxı və Qubadlı rayon təşkilatlarının hesabat-seçki konfransı keçirilib

YAP-ın Şamaxı və Qubadlı rayon təşkilatlarının hesabat-seçki konfransı keçirilib
# 19 fevral 2007 15:13 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası (YAP) Şamaxı rayon təşkilatının VI hesabat-seçki konfransı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, konfransda 300 nümayəndə iştirak edib. Rayon təşkilatının sədri Bəxtiyar Abbasov hesabat məruzəsi ilə çıxış edərək, ötən müddət ərzində görülən işlərlə bağlı məlumat verib. Konfransda iştirak edən YAP İdarə Heyətinin üzvü Kərim Kərimov partiyanın ölkənin ictimai-siyasi həyatında mövqeyinin daha da gücləndiyini qeyd edib. YAP Siyasi Şurasının üzvü, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, YAP Siyasi Şurasının üzvü, Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və Milli Məclisin deputatı Ərəstun Cavadov da çıxış edənlər sırasında olub.
Konfransda rayon təşkilatının 37 nəfərdən ibarət Şurası, 13 nəfərlik İdarə Heyəti və 5 nəfərdən ibarət Nəzarət-Təftiş Qrupunu seçilib.
YAP-ın Qubadlı rayon təşkilatı isə V konfransını keçirib. Təşkilatın sədri Vahid Qurbanov hesabat məruzəsi ilə çıxış edib və qazanılmış uğurlardan danışıb. Partiyanın sədr müavini, icra katibi Əli Əhmədov öz çıxışında ölkədəki ictimai-siyasi, iqtisadi həyatında baş vermiş yeniliklərdən söz açıb. O, həyata keçirilən islahatların uğurlu nəticələrində hər bir YAP-çının xidmətinin olduğunu bildirib. Allahverdi Haqverdiyev partiyanın rayon təşkilatının yeni sədri seçilib. Eyni zamanda rayon təşkilatının 25 nəfərdən ibarət Şurası, 15 nəfər tərkibdə İdarə Heyəti və 5 nəfərlik Nəzarət-Təftiş Qrupu seçilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR