Bank Of Baku

Yuri Merzlyakov: “Ermənistanın razılaşdırılmış məsələlərə dair mövqeyindən geri çəkildiyini demək düzgün olmazdı”

Yuri Merzlyakov: “Ermənistanın razılaşdırılmış məsələlərə dair mövqeyindən geri çəkildiyini demək düzgün olmazdı”
# 19 fevral 2007 15:32 (UTC +04:00)
“Parisdə keçirilən məsləhətləşmələr çox səmərəli olub”. Bu sözləri APA-ya eksklüziv açıqlamasında ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri Yuri Merzlakov fevralın 15-16-da Fransa paytaxtında həmsədrlərin keçirdiyi son görüşü şərh edərkən deyib. Ermənistanın xarici işlər naziri Vardan Oskanyanla da Parisdə görüşdüklərini bildirən vasitəçi bu görüşü də çox faydalı adlandırıb və Elmar Məmmədyarovun Parisdə olmamasına heyfsiləndiyini söyləyib. Parisdə həmin vaxt keçirilən beynəlxalq enerji konfransında iştirak edən Azərbaycan prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə şəxsi nümayəndəsi Araz Əzimovla nə üçün görüşməmələrinin səbəbini Y.Merzlyakov belə izah edib ki, həm onlara görüş üçün müraciət edilməyib, həm də konfransda iştirak edən amerikalı həmsədr Metyu Brayza A.Əzimovun da tədbirə qatılmasından xəbərsiz olub.
A. Əzimovun Ermənistanın artıq razılaşdırılmış məsələlərlə bağlı mövqeyindən geri çəkilməsinə dair bəyanatına münasibət bildirən Y. Merzlyakov bildirib ki, danışıqlarda Azərbaycan müəyyən məsələləri həqiqətən də qaldırıb, amma Ermənistan tərəfindən dəqiq cavab verilməyib: “Müzakirələr o səviyyədə aparılmayıb ki, hansısa razılaşdırılmış məsələlərdən geri çəkilmədən söhbət getsin. Həmsədrlər tərəfindən Azərbaycanın qaldırdığı məsələlər müfəssəl müzakirə olunmadığından hesab edirəm ki, Ermənistanın geri çəkildiyini demək düzgün olmazdı”. Y. Merzlyakov danışıqlarda razılaşdırılmamış məsələlərin yalnız texniki xarakter daşımadığını bir daha vurğulayaraq, A. Əzimovun bəyanatının bunun daha bir sübutu olduğunu qeyd edib.
Rusiyalı diplomat Azərbaycan və Ermənistan XİN başçılarını martın əvvəlində bir araya gətirmək üçün vasitəçilər tərəfindən iş aparıldığını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR