Bank Of Baku

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti ATƏT Parlament Assambleyasının sessiyasında iştirak etmək üçün Vyanaya gedib

Azərbaycan Milli Məclisinin nümayəndə heyəti ATƏT Parlament Assambleyasının sessiyasında iştirak etmək üçün Vyanaya gedib
# 20 fevral 2007 07:22 (UTC +04:00)
Milli Məclis (MM) sədrinin müavini Bahar Muradovanın başçılığı ilə parlament nümayəndə heyəti ATƏT Parlament Assambleyasının qış sessiyasında iştirak etmək üçün bu gün Vyanaya yola düşüb. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, nümayəndə heyətinin tərkibinə deputatlardan MM-in İnsan haqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov, Fəttah Heydərov və Fazil Mustafayev daxildir.
Tədbirdə ATƏT regionunda enerji təhlükəsizliyi, təşkilatın öhdəliklərinə və Brüssel Bəyannaməsinə əməl edilməsi, Kütləvi İnformasiya Vasitələrinin azadlığı, iqtisadi və ətraf mühit məsələləri barədə çıxışlar dinləniləcək, mövzular ətrafında müzakirələr aparılacaq. Səfər fevralın 25-də başa çatacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR