Bank Of Baku

“Azadlıq” bloku Sədrlər Şurasının iclası təxirə salınıb

“Azadlıq” bloku Sədrlər Şurasının iclası təxirə salınıb
# 20 fevral 2007 09:51 (UTC +04:00)
“Azadlıq” blokunun Sədrlər Şurasının bu günə nəzərdə tutulmuş iclası təxirə salınıb. Bu barədə APA-ya blokun Sədrlər Şurasının üzvü, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, SŞ-nın üzvlərindən biri şəxsi işi ilə əlaqədar iclasa qatıla bilmədiyi üçün toplantı təxirə salınıb. Sədrlər Şurasının digər üzvü Sərdar Cəlaloğlu isə AXCP sədri Əli Kərimlinin iclasa qatıla bilmədiyi üçün toplantının təxirə salındığını deyib: “Bu gün Əli Kərimlinin bir neçə xarici nümayəndə ilə görüşü vardı. Ona görə də iclası təxirə salmaq qərarına gəldik”.
Qeyd edək ki, blokun bugünkü iclasında ADP daxilində baş verən son proseslərin müzakirə edilməsi nəzərdə tutulmuşdu. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR