Bank Of Baku

Sərdar Cəlaloğlu Rəsul Quliyevin tərəfdarları ilə bağlı məhkəməyə müraciət edib

Sərdar Cəlaloğlu Rəsul Quliyevin tərəfdarları ilə bağlı məhkəməyə müraciət edib
# 20 fevral 2007 10:34 (UTC +04:00)
Azərbaycan Demokrat Partiyasının (ADP) Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi hissəsinin Təşkilat Komitəsi Rəsul Quliyevi dəstəkləyən Ali Məclis üzvləri ilə bağlı Səbail və Nərimanov rayon məhkəmələrinə müraciət edib. Bu barədə APA-ya S. Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə, Aydın Quliyev, Akif Şahbazov, Yaqub Abbasov və Surxay Qocayevin təşkilatçılığı ilə “Siyasi partiyalar haqqında” qanunun 10-cu maddəsinə zidd olaraq “ADP Ali Məclisi” adı altında toplantı keçirildiyinə görə Nərimanov rayon Məhkəməsinə şikayət edilib. Ali Məclisdə iştirak etmiş şəxslərlə bağlı isə Səbail rayon Məhkəməsinə müraciət olunub. S. Cəlaloğlu həmin toplantıda iştirak edənlərin ADP adından danışmaq hüquqlarının olmadığını bildirib: “Onlar sadəcə, bir blef qrupudur. Rəsul Quliyev bleflə məşğul olmağı çox gözəl bacarır və ona görə də qohum-qardaşı yığaraq belə bir qrup yaradıb”.
ADP-nin Rəsul Quliyevin rəhbərlik etdiyi hissəsinin Təşkilat Komitəsinin üzvü Zəminə Dünyamalıyeva isə S. Cəlaloğlunun onlarla bağlı məhkəməyə müraciət etməyə haqqı olmadığını deyib: “Onun qurumunu partiya hesab edib dövlət qeydiyyatına da almırdılar, biz gəlib onu qeydiyyata aldırdıq. İndi o, bizi hansı haqla məhkəməyə verir, bunu bilmirəm. Əslində artıq Sərdar Cəlaloğlunun addımları bizi maraqlandırmır. Amma onu bilirəm ki, əvvəl-axır o baş yenə bu ayaqlara salam verməyə gələcək”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR