Bank Of Baku

Arif Hacılı: “Ukrayna meydanında mitinq keçirməklə Azərbaycanda demokratiya görüntüsü yaratmağımız barədə ittihamlar əsassızdır”

Arif Hacılı: “Ukrayna meydanında mitinq keçirməklə Azərbaycanda demokratiya görüntüsü yaratmağımız barədə ittihamlar əsassızdır”
# 20 fevral 2007 11:50 (UTC +04:00)
“Şəhərin mərkəzdə kütləvi aksiyaların keçirilməsinə icazə verilmədiyini əsas götürüb ümumiyyətlə, aksiyalardan imtina etmək tamamilə absurd, məntiqsiz və mənasız yanaşmadır”. Bu açıqlamanı APA-ya Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı verib. Onun sözlərinə görə, “Azadlıq” blokunun funksionerlərinin Müsavatın Ukrayna meydanında mitinq keçirməklə Azərbaycanda demokratiya görüntüsü yaratmaqda ittiham etmələrinin əsası yoxdur: “Bu əsasla gərək qəzetlər də bağlansın, çünki onlar söz azadlığı görüntüsü yaradır. Bunu əsas götürüb partiyalar da bağlansın, çünki bununla çoxpartiyalı sistemin mövcudluğu görüntüsü yaradılır. Yəni, bizə qarşı deyilən ittihamlar əsassızdır. Biz digər partiyaların da bu aksiyalarda iştirakına tərəfdarıq. Amma bəzi qüvvələr yalnız şəhərin mərkəzində olacağı halda bu mitinqlərə qoşulmağı mümkün sayırlar. Hesab edirəm ki, bu məsələlərdən əslində Müsavat yox, kənarda qalanlar ziyan çəkəcəklər”. Müsavatın İcra Aparatının rəhbəri şəhərin mərkəzindən kənarda keçirdikləri aksiyalarla həm də sərbəst toplaşmaq hüququnun pozulmasına qarşı mübarizə apardıqlarını qeyd edib: “1993-dən 98-ci ilə mitinqlər ləğv olunmuşdu, biz bu mitinqlərə Motodramdan başladıq və şəhərin mərkəzində də aksiyalar keçirdik. Yəni, hərəkət etməklə nəyəsə nail olmaq mümkündür. Yalnız qəzetlərdə bu məsələlərə münasibət bildirməklə sərbəst toplaşmaq hüququnu bərpa etmək mümkün deyil. Onlara tövsiyə edirəm ki, bu istiqamətdə bizim mübarizəmizə yardımçı olsunlar, kənarda dayanmasınlar”. AXCP sədrinin müavini Həsən Kərimov isə APA-ya açıqlamasında A. Hacılının fikirlərinin sayıqlama adlandırıb. Onun sözlərinə görə, Müsavat dəfələrlə şəhərin mərkəzində mitinq keçirmək üçün müraciət edib və buna nail ola bilmədiyi üçün şəhərdən kənarda aksiyalara başlayıb: “Amma təkcə ötən ilin son aylarında biz Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında 7 dəfə aksiya keçirdik. Amma Müsavat şəhərin kənarında iki dəfə mitinq keçirməklə beynəlxalq təşkilatlarla sərbəst toplaşmaq azadlığının müzakirə olunduğu bir vaxtda müxalifəti də pis vəziyyətdə qoydular”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR