Bank Of Baku

Müsavat Partiyası ADP-dəki vəziyyətin aydınlaşmasını gözləyir

Müsavat Partiyası ADP-dəki vəziyyətin aydınlaşmasını gözləyir
# 20 fevral 2007 12:00 (UTC +04:00)
“Milli forumun keçirilməsi ideyası bir qədər şişirdilmiş ideya idi. Buna baxmayaraq, Müsavat bu prosesdə iştirakdan heç vaxt imtina etməyib”. Bu sözləri APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib. O bildirib ki, son günlər siyasi qüvvələrin milli forumun keçirilməsi ideyasından imtina etməsi ilə bağlı məlumatlar yayılır: “Bu, yanlış fikirdir. Yalnız ADP bu ideyadan imtina edib”. A. Hacılı onu da qeyd edib ki, Müsavat ADP-də yaranmış vəziyyətə aydınlıq aydınlıq gəlməsini gözləyir: “Məsələlər yekunlaşdıqdan, ADP-nin qurultayı keçirildikdən sonra partiyada iki struktur yaranacaqsa, biz legitim strukturla əməkdaşlıq edəcəyik”.
Müsavat Məclisinin sədri Sülhəddin Əkbər isə milli forumun keçirilməsi ilə bağlı Təşəbbüs Qrupunun yaradıldığını və cəmi bir dəfə həmin qrupun toplantısında iştirak etdiyini deyib: “Görünən odur ki, qrupun fəaliyyəti dayanıb. Hakimiyyətlə dialoqa ehtiyacın olduğunu biz hər zaman bildiririk, amma hesab edirik ki, bu dialoq yalnız müxalifətin ümumi platformasının hazırlanmasından sonra mümkündür. İlk növbədə müxalifətin ümumi mövqeyi müəyyənləşməlidir”. Müsavatın Təşəbbüs Qrupundan çıxıb-çıxmamasına gəldikdə, S. Əkbər bu barədə rəsmi qərarın olmadığını bildirib.
Qeyd edək ki, siyasi partiyaların milli forumunun keçirilməsi ideyasını Rəsul Quliyev irəli sürmüşdü. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR