Bank Of Baku

Azərbaycan Silahlı Qüvvələrində 2007-2009-cu illəri əhatə edən islahatlar proqramı hazırlanır

Azərbaycan Silahlı Qüvvələrində 2007-2009-cu illəri əhatə edən islahatlar proqramı hazırlanır
# 20 fevral 2007 12:33 (UTC +04:00)
Bu barədə APA-ya hərbi mənbələrdən məlumat daxil olub. Mənbənin məlumatına görə, proqramda növbəti illərdə həyata keçiriləcək islahatlar, NATO standartlarının tətbiqi, inkişaf perspektivləri və s. nəzərdə tutulub.
Proqram NATO ilə Azərbaycan hökuməti arasında 2005-ci ildə imzalanmış Fərdi Tərəfdaşlığın Fəaliyyət Planında (İPAP) nəzərdə tutulan tədbirlərin bir hissəsini əhatə edəcək. Müdafiə Nazirliyinin mətbuat xidmətindən onlarda bu proqramla bağlı hər hansı məlumat olmadığı bildirilib.
Parlamentin Müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının üzvü Zahid Oruc isə APA-ya açıqlamasında sözügedən proqramın hazırlanması barədə məlumatların olduğunu bildirib: “Proqram hazırlanır. Amma burada nəzərdə tutulan məqamlar hərbi sirr olduğundan ictimaiyyətə açıqlanmır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR