Bank Of Baku

AXCP Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən cavab gözləyir

AXCP Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsindən cavab gözləyir
# 20 fevral 2007 12:47 (UTC +04:00)
AXCP-nin qərargahla təmin olunması ilə bağlı partiya sədrinin Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinə (DƏİEDK) ünvanladığı müraciətə bu günə qədər heç bir cavab verilməyib. Bunu APA-ya AXCP sədrinin müavini Həsən Kərimov deyib. Onun sözlərinə görə, partiya rəhbərliyi Keşlə qəsəbəsindəki binadan rəsmi imtina etsə də, dövlət qurumu onlara alternativ təklif etməyib. H. Kərimov komitənin rəsmi cavabını gözləyəcəklərini bildirib: “Biz həmçinin öz hesabımıza ofis icarəyə götürmək üçün axtarışlar aparırıq. Bu günə qədər müvafiq yer tapılmayıb. Belə bir yer olduqda isə ofis sahibləri AXCP-dən olduğumuzu öyrənən kimi, bizə yer verməkdən imtina edirlər”.
DƏİEDK-nin mətbuat xidmətinin rəhbəri Qulu Xəlilov isə APA-ya açıqlamasında AXCP-nin müraciətini ötən həftə aldıqlarını deyib. O, AXCP-yə müvafiq yer təklif olunduğunu və partiya rəhbərliyinin bundan imtina etdiyini xatırladıb. Q. Xəlilov daxil olan müraciətin araşdırılacağını da söyləyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR