Bank Of Baku

Natiq Məmmədov: “Bəzi DSK-ların yerləşdiyi binalarda normal iş şəraiti yoxdur”

Natiq Məmmədov: “Bəzi DSK-ların yerləşdiyi binalarda normal iş şəraiti yoxdur”
# 20 fevral 2007 13:08 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) apardığı monitorinqlərin nəticəsində bəzi dairə seçki komissiyalarının yerləşdiyi binalarda normal iş şəraiti olmadığı müəyyənləşib. Bu barədə APA-ya MSK katibi Natiq Məmmədov məlumat verib. Onun sözlərinə görə, MSK-nın apardığı monitorinqlərin əsas məqsədlərindən biri də DSK-ların yerləşdiyi binaların vəziyyətini öyrənmək olub: “MSK normal şəraiti olmayan DSK-larla bağlı mümkün addımları atacaq”. N. Məmmədov onu da qeyd edib ki, başa çatmış monitorinqlərlə bağlı fevralın sonuna kimi araşdırma aparılacaq və bu barədə ictimaiyyətə ümumiləşdirilmiş məlumat veriləcək.
Qeyd edək ki, MSK üzvləri ötən ilin sonundan bu vaxta qədər 125 seçki dairəsində yoxlama aparıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR