Bank Of Baku

Polşa xarici işlər nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb

Polşa xarici işlər nazirinin Azərbaycana səfərinin proqramı açıqlanıb
# 20 fevral 2007 13:12 (UTC +04:00)
Polşa Respublikasının xarici işlər naziri Anna Fotıqa Cənubi Qafqaza səfəri çərçivəsində fevralın 28-də Tiflisdən Bakıya gələcək. Polşanın Azərbaycandakı səfirliyinin müşaviri Voytsex Quretski APA-ya bildirib ki, martın 1-də A. Fotıqa Şəhidlər Xiyabanını, Heydər Əliyevin məzarını və Bakı buxtasında dəfn olunmuş görkəmli neftçi-mühəndis Pavel Pototskinin məzarını ziyarət edəcək. Həmin gün o, xarici işlər naziri Elmar Məmmədyarov, Milli Məclisin sədri Oqtay Əsədov və prezident İlham Əliyevlə görüşlər keçirəcək. A. Fotıqa Bakı Slavyan Universitetinin Polyak Dili və Mədəniyyəti Mərkəzinə də baş çəkəcək. Səfərin sonunda polşalı naziri Azərbaycanın baş naziri Artur Rəsizadə qəbul edəcək. Həmin gün Anna Fotıqa Varşavaya qayıdacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR