Bank Of Baku

Nurəddin İsmayılov: “Rəsul Quliyevin tərəfdarları ona həmişə pul dağarcığı kimi baxıblar”

Nurəddin İsmayılov: “Rəsul Quliyevin tərəfdarları ona həmişə pul dağarcığı kimi baxıblar”
# 20 fevral 2007 15:03 (UTC +04:00)
“Rəsul Quliyevin tərəfdarları Demokratik Yol Partiyasının bərpa olunması ilə bağlı müzakirələr aparırlar. Onlar belə müzakirələrə hələ bir müddət əvvəldən başlayıblar və sanki bu günə hazırlaşıblar”. Bu sözləri APA-ya açıqlamasında ADP-nin Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi hissəsinin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Nurəddin İsmayılov deyib. Həmin şəxslərin əvvəl-axır DYP-ni bərpa etməyə məcbur olacaqlarını bildirən N. İsmayılov onların başqa yolunun olmadığını vurğulayıb: “Ağlı başında, siyasi prosesləri düzgün izləmək qabiliyyəti olan şəxs bilməlidir ki, onların ADP-də qalmaq şansları yoxdur. Çünki bu adamlar siyasi şəraitin tələbi ilə nə zamansa gəlib bizə birləşmişdilər. Bu gün həmin siyasi şərait aradan qalxıb. Sivil qaydada ayrılıb hansı partiyada olmuşdularsa, o partiyanı bərpa edərək fəaliyyət göstərməlidirlər. Onların Demokratik Yol Partiyasını bərpa etməsi və yaxud YAP-dan gələnlərin YAP-a qayıtması daha yaxşı olardı. Artıq ADP-də ideyaya sadiq adamlar qalmalıdır, bütpərəstlər yox”. N. İsmayılovun sözlərinə görə, həmin şəxslər ADP-yə və Rəsul Quliyevə həmişə “pul dağarcığı” kimi baxıblar.
DYP-nin keçmiş sədri Yaqub Abbasov isə APA-ya açıqlamasında DYP-ni bərpa etməklə bağlı hər hansı müzakirə aparılmadığını bildirib: “Biz ADP-nin üzvləriyik və hazırda bu partiyanın qurultayının keçirilməsinə hazırlaşırıq”. Ədliyyə Nazirliyinin qarşı tərəfi ADP kimi tanıyacağı halda DYP-nin bərpa olunub-olunmayacağına gəldikdə, Y. Abbasov bu məsələnin gündəmdə olmadığını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR