Bank Of Baku

Sərdar Cəlaloğlu Rəsul Quliyevin və onun tərəfdarlarının ADP adı ilə qəbul edilməməsi üçün beynəlxalq təşkilatlara müraciət edib

Sərdar Cəlaloğlu Rəsul Quliyevin və onun tərəfdarlarının ADP adı ilə qəbul edilməməsi üçün beynəlxalq təşkilatlara müraciət edib
# 20 fevral 2007 16:12 (UTC +04:00)
Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi Rəsul Quliyevin və onun tərəfdarlarının ADP təmsilçisi adı ilə qəbul edilməməsi üçün bu gün beynəlxalq təşkilatların Bakıdakı nümayəndəliklərinə müraciət edib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Müraciətdə kiçik bir qrupun və partiya sədrinin öz şəxsi maraqları üçün pozuculuq işləri apardığına görə ADP-dən xaric olunduğunu bildirilib. TK həmin şəxslərin ADP adından danışmaq səlahiyyətlərinin olmadığını bildirib və onların partiya adından qəbul olunmaması xahiş edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR