Bank Of Baku

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Xocalıda baş verənlərlə bağlı məsələyə münasibət bildirmək istəməyib

Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi Xocalıda baş verənlərlə bağlı məsələyə münasibət bildirmək istəməyib
# 20 fevral 2007 17:05 (UTC +04:00)
APA-nın məlumatına görə, P. Semnebi bildirib ki, səfərinin əsas məqsədi Azərbaycanda qaçqınların və medianın vəziyyəti ilə yaxından tanış olmaqdır: “Rəsmilərlə görüşdə bu məsələləri, eləcə də Avropa Yeni Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı və ATƏT-in Minsk Qrupu çərçivəsində aparılan danışıqları müzakirə etdik”. Xüsusi nümayəndənin Bakıda müzakirə etdiyi məsələlər sırasında seçki qanunvericiliyinin təkmilləşdirilməsi olmayıb: “Seçkilərə hələ bir müddət var. Amma seçkinin demokratikliyinin təmin olunması üçün əsas vasitələrdən biri də media azadlığıdır ki, biz də hökumət rəsmiləri ilə bunu müzakirə etdik. Azərbaycan keçid dövründədir, islahatlar isə bir gündə aparılmır. Jurnalistlər üçün xüsusi şərait, müvafiq institutlar yaradılmalıdır ki, onlar öz təhsil səviyyələrini yüksəldə bilsinlər. Avropa Birliyi bu məsələyə xüsusi diqqət ayırır. Ümid edirəm ki, bunun müsbət nəticələrini yaxın vaxtlarda görəcəyik”. P. Semnebi deyib ki, media sahəsində bəzi problemlər həll olunsa da, bir qismi hələ də qalır: “Məsələn, böhtan və təhqirə görə cinayət məsuliyyəti... Bu məsələdə başqa ölkələrin təcrübəsindən də yararlanmaq lazımdır”.
Xüsusi nümayəndə AB-nin Cənubi Qafqaz ölkələrinə ayırdığı maddi yardımın həcmi ilə də bağlı açıqlama verib: “Ermənistan və Gürcüstanla müqayisədə, Azərbaycana daha az maliyyə yardımı ayrılıb. Bunun da əsas səbəbi Azərbaycanın malik olduğu və yüksək gəlir gətirəcək enerji resursları ilə bağlıdır. Yaxın 3 il ərzində Azərbaycana 100 milyon avro vəsait ayrılacaq”.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin son açıqlamalarına toxunan xüsusi nümayəndə AB-nin Minsk Qrupunu dəstəklədiyini bildirib. İndiyədək Azərbaycanla Ermənistan arasında sülh əldə olunmamasından təəssüfləndiyini deyən P. Semnebi tərəflərin əldə edəcəyi sülh razılaşmasını dəstəkləyəcəklərini qeyd edib: “Biz xalqlar arasında etimadın yaranmasına çalışmalıyıq. Dağlıq Qarabağla əlaqələr olmalıdır. Mən Dağlıq Qarabağın həm azərbaycanlı, həm də erməni icmasını nəzərdə tuturam. Ermənilərlə azərbaycanlılar yüz illərlə qonşu olublar və bu qonşuluq davam edir. Bu, çox anormal haldır ki, neçə illərdir, onların arasında sülh şəraiti mövcud deyil. Bu məsələ tezliklə həllini tapmalıdır”.
P. Semnebi bu günlərdə 15-ci ildönümü tamam olacaq Xocalı soyqırımı ilə bağlı suala cavab vermək istəməyib: “Mən Xocalıda baş verənləri faciə, soyqırımı və s. kimi xarakterizə etmirəm. Genosid çox böyük sözdür. Ona görə də mən bu məsələyə münasibət bildirmək istəmirəm. Mən Sabirabadda olarkən köçkünlərlə, o cümlədən Xocalıda yaxınlarını itirmiş şəxslərlə görüşdüm. Əlbəttə, bu, böyük faciədir. Bütün qaçqınlar tezliklə yurd-yuvalarına qayıtmalıdırlar. Onlar bunu 15 ildir, gözləyirlər. Mən köçkünlər üçün dövlətin şəhərciklər salmasını da dəstəkləyirəm”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR