Bank Of Baku

Azərbaycan və Gürcüstan xarici işlər nazirləri arasında telefon danışığı olub

Azərbaycan və Gürcüstan xarici işlər nazirləri arasında telefon danışığı olub
# 21 fevral 2007 08:04 (UTC +04:00)
Azərbaycan və Gürcüstan xarici işlər nazirləri arasında telefon danışığı olub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, XİN başçıları danışıq zamanı iki ölkə arasında əməkdaşlığa dair məsələləri müzakirə ediblər. İkitərəfli əlaqələrin dinamik inkişafını qeyd edən Elmar Məmmədyarov və Gela Bejuaşvili Tiflis Bəyannaməsindən irəli gələn məsələlərin yerinə yetirilməsi üçün atılacaq addımları razılaşdırıblar. Nazirlər xarici siyasət kursu, xüsusilə də Avroatlantik strukturlara inteqrasiya və Avropa Yeni Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planının həyata keçirilməsinə dair eyni mövqeləri müzakirə ediblər. Bundan başqa danışıqlar zamanı GUAM çərçivəsində əməkdaşlıq məsələləri və enerji təhlükəsizliyi sahəsində eyni mövqedən çıxış etmək barədə razılıq əldə olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR