Bank Of Baku

AXCP sədri Əli Kərimliyə ümumvətəndaşlıq pasportunun verilməməsi ilə bağı apellyasiya şikayətinə baxılıb

AXCP sədri Əli Kərimliyə ümumvətəndaşlıq pasportunun verilməməsi ilə bağı apellyasiya şikayətinə baxılıb
# 21 fevral 2007 09:09 (UTC +04:00)
Bu gün Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimliyə ümumvətəndaşlıq pasportunun verilməməsi ilə bağı Nəsimi Rayon Məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətinə baxılıb. Bu barədə APA-ya Ə. Kərimlinin vəkili Tofiq Quliyev məlumat verib. Onun sözlərinə görə, hakim Mirzə Tağızadənin sədrliyi ilə keçirilən iclasda iddiaçı tərəf üçüncü şəxs qismində Daxili İşlər Nazirliyinin Pasport Qeydiyyatı İdarəsinin prosesə cəlb olunması vəsatətini qaldırıb. Amma onun vəsatəti təmin olunmayıb. T. Quliyevin sözlərinə görə, iclasda iddiaçı şəxs qismində özü, cavabdeh qismində isə Nəsimi Rayon Prokurorluğunun nümayəndəsi Müqabil Xəlilov çıxış edib. Prokurorluq nümayəndəsi partiya sədrinə pasportun verilməməsi ilə bağlı lazımı sənədləri məhkəməyə təqdim etmək üçün vaxt istəyib. Buna görə də iclas martın 7-nə təxirə salınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR