Bank Of Baku

MSK sədri Böyük Britaniyaya səfər edəcək

MSK sədri Böyük Britaniyaya səfər edəcək
# 21 fevral 2007 09:35 (UTC +04:00)
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov fevralın 24-də Böyük Britaniyaya səfər edəcək. Bu barədə APA-ya MSK-nın mətbuat xidmətindən məlumat daxil olub. Martın 4-dək davam edəcək səfər Britaniyanın Seçki Rəsmiləri Assosiasiyasının dəvəti çərçivəsində həyata keçiriləcək. Səfərdə məqsəd Seçki Rəsmiləri Assosiasiyası tərəfindən təşkil olunan konfrans və illik yığıncaqda iştirak etməkdir. M.Pənahovun Seçki Rəsmiləri Assosiasiyasının rəhbəri və Böyük Britaniya MSK-nın sədri ilə görüşləri planlaşdırılıb. Görüş zamanı qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunacaq. Səfərdə MSK sədrini Komissiya Katibliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov da iştirak edəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR