Bank Of Baku

Beynəlxalq Ana Dili Günü münasibətilə dəyirmi masa keçirilib

Beynəlxalq Ana Dili Günü münasibətilə dəyirmi masa keçirilib
# 21 fevral 2007 11:54 (UTC +04:00)
21 Fevral - Beynəlxalq Ana Dili Günü münasibətilə BMT-nin Azərbaycan nümayəndəliyi, UNESCO üzrə Azərbaycan Milli Komissiyası və Azərbaycan Atatürk Mərkəzinin təşəbbüsü ilə dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, BMT-nin Azərbaycan nümayəndəliyinin İctimai İnformasiya Departamentinin rəhbəri Envera Selimoviç bildirib ki, Londonda yerləşən Dillər üzrə Tədqiqat Mərkəzi hər ay bir dilin öldüyü haqda məlumat yayıb. İnsanlar isə uşaqlarına ümumi istifadə olunan dilləri öyrətməyə getdikcə üstünlük verirlər. O, Azərbaycanda milli azlıqların dil problemi ilə qarşılaşmadığını xüsusi vurğulayıb: “Azərbaycan müxtəlif millətlərin öz dilində rahat danışdığı nümunəvi yerdir. Buna görə də mən bu ölkədə müxtəlif dillərin bu cür özünəməxsus bərabərliyini təqdir edirəm”.
UNESCO üzrə Azərbaycan Milli Komissiyasının baş katibi Fuad İsgəndərov təmsil etdiyi qurumun 2006-cı ildə bu istiqamətdə gördüyü işlərdən danışıb. O, Azərbaycanda yaşayan millətlərin ana dilinin öyrənilməsi ilə əlaqədar heç bir problemlə qarşılaşmadığını diqqətə çatdırıb. Azərbaycan Atatürk Mərkəzinin müdiri Nizami Cəfərov ana dilinin öyrənilməsi istiqamətində Azərbaycan dövlətinin müvafiq qanunlar qəbul etdiyini diqqətə çatdırıb: “Müstəqillik qazandıqdan sonra dövlətimiz ölkədə yaşayan milli azlıqların ana dilində təhsil alması üçün mühüm tədbirlər görür və şərait yaradılır”. Ombudsman Elmira Süleymanova da Azərbaycanda bütün millətlərə ana dilinin istifadəsi üçün heç bir qadağa qoyulmadığını deyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR