Bank Of Baku

Xocalı qurbanlarının xatirəsi Masallıda da anılacaq

Xocalı qurbanlarının xatirəsi Masallıda da anılacaq
# 21 fevral 2007 12:22 (UTC +04:00)
Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar Masallı rayon İcra Hakimiyyətində geniş tədbirlər planı hazırlanıb. Rayon İcra Hakimiyyəti başçısının müavini Ələşrəf Niftiyevin APA-nın cənub bürosuna verdiyi məlumata görə, tədbirlər planına uyğun olaraq rayonun qəsəbə və kəndlərində, idarə və müəssisələrdə, mədəniyyət ocaqlarında Xocalı faciəsinə həsr olunan matəm mitinqləri, xatirə gecələri keçiriləcək, foto-rəsm sərgiləri təşkil olunacaq. Fevralın 26-da rayonun ümumtəhsil məktəblərində ilk dərslər Xocalı soyqırımına həsr ediləcək.
Həmin gün rayonda məskunlaşan bır Xocalı ailəsinə baş çəkiləcək, ona maddi yardım ediləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR