Bank Of Baku

Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov: “Xocalı soyqırımı ilə bağlı keçiriləcək aksiyalarda lazımi təhlükəsizlik tədbirləri görülüb”

Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov: “Xocalı soyqırımı ilə bağlı keçiriləcək aksiyalarda lazımi təhlükəsizlik tədbirləri görülüb”
# 21 fevral 2007 12:37 (UTC +04:00)
“Xocalı soyqırımı ilə bağlı keçiriləcək aksiyalarda lazımi təhlükəsizlik tədbirləri görülüb”. Bu sözləri APA-ya eksklüziv açıqlamasında Azərbaycanın Türkiyədəki fövqəladə və səlahiyyətli səfiri Zakir Həşimov deyib. Səfirin sözlərinə görə, qardaş Türkiyədə erməni əsilli türk vətəndaşlarının hər hansı təxribat törətməsi mümkün deyil.
Qeyd edək ki, Azərbaycanın Türkiyədəki səfirliyi Ankaranın Keçiörən rayonunda (Ankaranın Keçiörən Bələdiyyəsi rəsmi olaraq 9 mart 2005-ci ildə Xocalı soyqırımını tanıması haqqında qərar qəbul edib) yerləşən Xocalı soyqırımı xatirəsinə ucaldılmış abidənin qarşısında matəm mərasimi keçirəcək. Mitinqdə Türkiyənin siyasət adamları, ictimai xadimləri nitq söyləyəcək. Mərasimdə, həmçinin, hərbi və digər təhsil müəssisələrində oxuyan azərbaycanlı müdavim və tələbələr də iştirak edəcək. Bundan əlavə, azərbaycanlı tələbələrin, Türkiyənin qeyri-hökumət təşkilatlarının, ölkədə yaşayan soydaşlarımızın iştirakı ilə fevralın 24-də Ankaranın “Qızıl Ay” meydanında aksiya həyata keçiriləcək, aksiyanın sonunda Türkiyə TBMM-ə, soyqırımın tanınması ilə bağlı BMT-yə müraciət ünvanlanacaq. İctimai aksiyada “Bir millət, iki dövlət”, “Türkün Türkdən başqa dostu yoxdur”, “Türk Türkə qardaşdır” şüarları yazılmış plakatlar qaldırılacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR