Bank Of Baku

Londonda “Azərbaycan Evi” Mərkəzi yaradılıb

Londonda “Azərbaycan Evi” Mərkəzi yaradılıb
# 21 fevral 2007 12:37 (UTC +04:00)
Londonda Azərbaycan diaspor qurumlarının sırasına yenisi əlavə olunub. APA-nın Şərqi Avropa bürosunun verdiyi xəbərə görə, Böyük Britaniya paytaxtında ”Azərbaycan Evi” Mərkəzi yaradılıb. Yeni qurumun təşkilatçılığı ilə Londonda ”Azərbaycan Günü” keçirilib və proqramın gedişində qurumun Nizamnaməsi qəbul olunub. Bundan sonra yeni təşkilatın İdarə Heyətinə namizədlər irəli sürülüb. Proqramın qeyri-rəsmi hissəsində Azərbaycan filmləri seyr edilib və Azərbaycan mətbəxindən nümunələr təqdim olunub. Tədbirdə İraq Türkmən Cəbhəsinin Böyük Britaniya təmsilçisi Asif Sərttürkmən, İngiltərə Türk Dərnəkləri Federasiyasının rəhbər şəxsləri, media təmsilçiləri də iştirak ediblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR