Bank Of Baku

İraq Türkmən Cəbhəsinin lideri Sadəddin Ərkəc Azərbaycana gələcək

İraq Türkmən Cəbhəsinin lideri Sadəddin Ərkəc Azərbaycana gələcək
# 21 fevral 2007 12:39 (UTC +04:00)
İraq Türkmən Cəbhəsinin (İTC) lideri Sadəddin Ərkəc Bakıya gələcək. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, İTC-nin Berlin bürosu S. Ərkəcin mart ayında Bakıda keçiriləcək Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə forumunda iştirak etməsi barədə xəbəri təsdiqləyib. İraq türkmənlərinin Azərbaycanın dəstəyinə ehtiyacları olduqlarını bəyan edən S. Ərkəc bildirib ki, Anadolu insanının nəfəsini hər zaman arxalarında hiss ediblər: “Ümid edirik ki, bundan sonra azərbaycanlı qardaşlarımızın da nəfəsini hiss edəcəyik”.
Qeyd edək ki, Azərbaycan və Türkiyənin diaspor təşkilatlarının birgə forumu Bakıda martın 9-da keçiriləcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR