Bank Of Baku

Nurəddin Aras: “Xocalı soyqırımının gerçək üzünü Avropa ictimaiyyətinə çatdırmağa çalışacağıq”

Nurəddin Aras: “Xocalı soyqırımının gerçək üzünü Avropa ictimaiyyətinə çatdırmağa çalışacağıq”
# 21 fevral 2007 12:46 (UTC +04:00)
“Xocalı soyqırımı tarixin ən acı səhifələrindən biridir. Bu il iqdırlılar bu acı günü Hollandiyanın Haaqa şəhərində yad edəcəklər. Avropanın bütün şəhərlərində yaşayan iqdırlılar həmin gün Haaqada toplanaraq bu hüznümüzə şərik olacaqlar”. Bu açıqlamanı APA-ya İqdır bələdiyyə başqanı Nurəddin Aras verib. Xocalı soyqırımının ildönümü ilə bağlı Haaqa keçiriləcək konfransın təşkilatçılıq işləri ilə məşğul olmaq üçün bu şəhər yollanan Nurəddin Aras açıqlamasında təşkilati məsələlərin tam həllini tapdığını vurğulayıb: “Haaqada yaşayan soydaşlarımız birlik içərisindədir, tarixin şahid olduğu ən acı soyqırımlarından biri olan Xocalı soyqırımı ilə bağlı həqiqətləri Avropaya anlatmaq imkanımız olacaq. Ermənilər hər yerdə qondarma soyqırımı iddialarını dilə gətirirlər. Tarixin heç bir dövründə türklər müdafiəsiz insanlara hücum etməyib, əksinə, türklər mərhəmət hislərinin təsiri altında müdafiəsiz insanın günahı olsa belə, onları himayə ediblər. Ermənilər də Osmanlı dövründə sadiq təbəqə adlandırılıb və buna görə böyük himayə görüblər. Onlar Osmanlı dövründə dövlətin çox yüksək vəzifələrinə kimi yüksəlməyi bacarıblar. Osmanlı dövləti ermənilərin dinlərini, dillərini və mədəniyyətlərini yaşatması üçün hər bir şərait yaradıb. Amma Osmanlı dövləti zəifləyən kimi ermənilər başqa millətlər kimi dövlətə arxadan zərbə endiriblər və iclərində gizlətdikləri barbarlıq keyfiyyətlərini ortaya töküblər. Təbii kimi biz iqdırlılar həm 1918, həm də 1932-ci illərdə erməni vəhşiliyinin bu acılarını yaşamışıq”. Nurəddin Aras erməni soyqırımı iddiaları ilə bağlı hər bir fikrin əsassız olduğunu sübuta yetirməkdə çətinlik çəkməyəcəklərini bildirib: “Deyirlər ki, Osmanlı dövləti milyon yarım ermənini qətlə yetirib. O zaman Osmanlı dövlətində cəmi 15 milyon insan yaşayırdı, bunun 1,5 milyon nəfəri necə erməni ola bilərdi? Bu gün belə Ermənistanda 1,5 milyon nəfər yaşamır, o zaman əsrin əvvəllərində 1,5 milyon erməninin öldürüldüyünü necə iddia etmək olar. Bu, gülüncdür. Ermənistan beynəlxalq arenada rahat bir yer tutmaq üçün bu bəhanələri uydurur. Təəssüf ki, haqlı olduğumuz bir məsələni hələ də dünyaya anlada bilməmişik. Bu baxımdan istər Azərbaycan diasporu, istərsə türk diasporu beynəlxalq arenada üzərinə düşən vəzifəni yerinə yetirməlidir. Əks təqdirdə altından çıxa bilməyəcəyimiz ittihamlarla üz-üzə qala bilərik”. Nurəddin Aras APA-ya açıqlamasında bəzi qüvvələrin türk xalqının fikrini başqa istiqamətə yayındırmaqda ittiham edib: “Bu gün Türkiyədə hər kəs Şimali İraq, Kərkük, Mosul barədə danışan zaman birdən Hrant Dink cinayəti ortaya çıxıb. Bu, adi bir cinayət deyil. Azyaşlı bir qrup insanın bir araya gələrək planlaşdırdığı və həyata keçirdiyi bir cinayət deyil. Çünki hadisə o qədər böyükdür ki, dərhal dünyanın gündəminə çıxır və Türkiyənin mövcud gündəmini alt-üst edir. Hrant Dink cinayəti ilə Türkiyənin gündəmi bir anda dəyişdi. Ağlı kəsən hər kəs bilir ki, bu cinayətdən Türkiyənin heç bir qazancı yoxdur, əksinə itirdiyi şeylər var. Biz də Xocalı soyqırımının gerçək üzünü Avropada ortaya qoymağa çalışacağıq. Ermənilər tarix boyu bir çox cinayət, soyqırımı törədiblər. Xocalı konfransında Avropa ictimaiyyətinə bu cinayətləri anlatmağa çalışacağıq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR