Bank Of Baku

Norveç Xarici İşlər İnstitutunda Azərbaycana dair seminar keçiriləcək

Norveç Xarici İşlər İnstitutunda Azərbaycana dair seminar keçiriləcək
# 21 fevral 2007 12:46 (UTC +04:00)
Norveç Xarici İşlər İnstitutunda Azərbaycana dair seminar keçiriləcək. APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, fevralın 26-da Norveç Xarici İşlər İnstitutunda “Azərbaycanın Cənubi Qafqazdakı rolu” adlı seminar təşkil olunacaq. Tədbirdə Azərbaycanın Böyük Britaniya və Skandinaviya ölkələri üzrə səfiri Rafael İbrahimovun məruzə ilə çıxış etməsi gözlənilir. Tədbirdə Osloda akkreditə olunmuş xarici ölkələrin səfirlikləri, mass-media təmsilçiləri, region üzrə araşdırmaçılar da iştirak edəcək. Seminar haqqında geniş məlumata www.nuri.no/Norsk/Seminarer/2007/ internet ünvanında rast gəlmək mümkündür. Fevralın 27-də isə Norveç Azərbaycanlı Gənclər Təşkilatı Norveç Menecment Məktəbində “Azərbaycanın böyüyən iqtisadiyyatında investisiya imkanları” adlı seminar təşkil edəcək. Təşkilatın sədri Ramil Əliyev bildirib ki, bu seminarda da Azərbaycanın Böyük Britaniya və Skandinaviya ölkələri üzrə səfiri R.İbrahimovun məruzə etməsi nəzərdə tutulub. Seminarda Norveçin biznes dairələrinin təmsilçilərinin, eləcə də məktəbin müəllim və tələbə heyətinin iştirakı planlaşdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR