Bank Of Baku

Gəncənin Nizami Rayon İcra Hakimiyyətində 2006-cı ilin yekunları ilə bağlı yığıncaq keçirilib

Gəncənin Nizami Rayon İcra Hakimiyyətində 2006-cı ilin yekunları ilə bağlı yığıncaq keçirilib
# 21 fevral 2007 12:51 (UTC +04:00)
Bu gün Gəncənin Nizami Rayon İcra Hakimiyyətində Gəncə Şəhər İcra Hakimiyyətinin (ŞİH) başçısı Eldar Əzizovun iştirakı ilə rayon fəallarının yığıncağı keçirilib. APA-nın qərb bürosunun məlumatına görə, tədbir 2006-cı ilin yekunlarına və bu il görüləcək işlərə həsr olunub. E. Əzizov rayon icra aparatlarına fəaliyyətlərini daha da gücləndirməyi və daha da səylə çalışmağı tövsiyə edib: “Bu gün rayon icra aparatı yerlərdə vəziyyətə tam nəzarət etməyi və yeni təkliflərlə çıxış etməyi bacarmalıdır. Əgər onlar bu səviyyədə işləyə bilsələr, şəhər icra hakimiyyəti digər istiqamətlərdə fəaliyyətini genişləndirə bilər”.
Yığıncaqda təhsil, bələdiyyə və polislə bağlı problemlərə də toxunulub. E. Əzizov bildirib ki, Nizami rayonunda ali məktəblərə daxil olan abituriyentlərin sayı azlıq təşkil edir: “Buna görə də rayon icra hakimiyyəti şəhər təhsil idarəsi ilə birgə bu istiqamətdə işləməlidir”. Rayon ərazisində fəaliyyətsiz qalan müəssisələrə gəlincə, ŞİH başçısı qeyd edib ki, rayon rəhbərliyi bu sahədə İqtisadi İnkişaf Nazirliyinin regional şöbəsi ilə əməkdaşlıq edərək, yeni iş yerlərinin açılması sahəsində fəallıq nümayiş etdirməlidir.
Tədbirdə Prezident Aparatının Gəncə üzrə kuratoru Canpolad Məmmədov da iştirak edib./APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR