Bank Of Baku

YAP Gənclər Birliyi Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar tədbir keçirib

YAP Gənclər Birliyi Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar tədbir keçirib
# 21 fevral 2007 13:20 (UTC +04:00)
Bu gün Bakı Dövlət Universitetində (BDU) Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi Xocalı soyqırımının 15-ci ildönümü ilə əlaqədar tədbir keçirib. APA-nın məlumatına görə, tədbirin əvvəlində Xocalı hadisələri ilə bağlı film nümayiş etdirilib. Tədbiri giriş sözü ilə açan YAP Gənclər Birliyinin sədr müavini Zaur Adıgözəlov bildirib ki, tədbirin keçirilməsində məqsəd Azərbaycan tarixinin qanlı səhifəsi olan Xocalı faciəsini gənclər arasında yaşatmaq və bu sahədə beynəlxalq təşkilatlara müraciət qəbul etməkdir. BDU-nun rektoru, millət vəkili Abel Məhərrəmov Xocalı faciəsinin 20-ci əsrin ən dəhşətli hadisəsi olduğunu bildirib. Xocalı faciəsini bütün dünyaya çatdırmağın Azərbaycan gəncinin əsas məqsədi olduğunu deyən A. Məhərrəmov eyni zamanda bu acı həqiqətlərdən nəticə çıxarmağın vacibliyini vurğulayıb. Millət vəkil Elman Məmmədov isə Xocalıda baş verən hadisə və qırğının miqyasının daha böyük olduğunu deyib. O bildirib ki, Xocalıda qırılan insanların və şəhidlərin ruhunun şad olması, işğal altında olan torpaqların azad olunması üçün sağlam ideya və azad Azərbaycan gəncliyi formalaşmalı, bu yolda gənclər mübariz və əqidəli olmalıdır. Tədbirin sonunda YAP Gənclər Birliyinin qəbul etdiyi müraciət elan olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR