Bank Of Baku

Rəsul Quliyevin rəhbərlik etdiyi ADP “Azadlıq” blokunun təsisçiliyindən çıxmaqla bağlı qərar qəbul edə bilər

Rəsul Quliyevin rəhbərlik etdiyi ADP “Azadlıq” blokunun təsisçiliyindən çıxmaqla bağlı qərar qəbul edə bilər
# 21 fevral 2007 13:32 (UTC +04:00)
Rəsul Quliyevin rəhbərlik etdiyi ADP yaxın günlərdə “Azadlıq” blokunun təsisçiliyindən çıxmaqla bağlı qərar qəbul edə bilər. Bu barədə APA-ya partiyanın Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Yaqub Abbasov məlumat verib. Onun sözlərinə görə, bu məsələyə yaxın günlərdə baxıla bilər. “Azadlıq” blokunun liderləri R. Quliyevin milli forumun keçirilməsi ilə bağlı ideyasına qısqanclıqla yanaşıblar və forumun keçirilməsinə maneçilik törədiblər. Onlar Rəsul Quliyevin göndərdiyi təkliflərin əksəriyyətinin həyata keçirilməsinə imkan vermədilər. Çünki 2008-ci il prezident seçkilərində blokun ən şanslı namizədinin Rəsul Quliyev olduğunu bilirdilər və bu kimi metodlarla onu kənarlaşdırmağa çalışırlar”. Y. Abbasov hesab edir ki, partiya bundan sonra müstəqil siyasi kurs götürməli və heç bir bloka birləşməməlidir.
Sərdar Cəlaloğlu isə APA-ya açıqlamasında Rəsul Quliyevin blokun təsis müqaviləsinə ADP-nin adından imza atdığını bildirib: “ADP blokda fəaliyyətini davam etdirir. Əgər Rəsul Quliyev öz imzasından imtina edəcəksə, mən öz imzamla ADP-nin blokda fəaliyyətini təmin edəcəyəm. Bu formal bir məsələdir”. Qeyd edək ki, “Azadlıq” blokunun təsis olunması ilə bağlı müqaviləyə R. Quliyev imza atıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR