Bank Of Baku

Mətbuat Şurası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə dini mövzuda yazan jurnalistlər üçün seminar keçirib

Mətbuat Şurası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə dini mövzuda yazan jurnalistlər üçün seminar keçirib
# 21 fevral 2007 13:45 (UTC +04:00)
Bu gün Mətbuat Şurası (MŞ) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə birlikdə dini mövzuda yazan jurnalistlər üçün seminar keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən MŞ sədri Ə.Amaşov deyib ki, seminarın keçirilməsində məqsəd bu mövzuda yazan jurnalistlərin peşəkarlığının artırılmasıdır. Ə. Amaşovun sözlərinə görə, jurnalistlərin növbəti görüşü Qafqaz Müsəlmanları İdarəsinin sədri, Hacı Allahşükür Paşazadə ilə keçiriləcək. DQİDK sədri Hidayət Orucov isə Azərbaycanda dini tolerantlığın təmin olunduğunu deyib. Komitə sədri dini etiqada görə ölkədə heç kimin hüququnun tapdalanmadığını bildirib. H. Orucov son dövrlər dini mövzuda çap olunan 250-300 məqalənin əksəriyyətinin peşəkarlıqdan uzaq olduğunu söyləyib. Seminarda çıxış edənlər belə tədbirlərin davam etdirilməsinin zəruriliyini vurğulayıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR