Bank Of Baku

Nizami Cəfərov: “Azərbaycanda dövlət dilinin məhdudlaşdırılması istiqamətində atılan hər bir addım cəzalandırılacaq”

Nizami Cəfərov: “Azərbaycanda dövlət dilinin məhdudlaşdırılması istiqamətində atılan hər bir addım cəzalandırılacaq”
# 21 fevral 2007 13:52 (UTC +04:00)
“Azərbaycanda mənəviyyatla bağlı qanunların qorunması mexanizmi lazımi şəkildə aparılmır”. APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov jurnalistlərə açıqlamasında bildirib. N. Cəfərovun sözlərinə görə, Milli Məclis tərəfindən qəbul olunan “Dövlət dili haqqında” qanunda Azərbaycan dilinin işlənməsi ilə bağlı bütün məsələlər qeyd olunub. O, qanunun icrasına yerli icra strukturlarının nəzarət etməli olduğunu da deyib: “Azərbaycan dilinin hər hansı hüquqları məhdudlaşdırılarsa, icra orqanları bu addımı atan şəxsi məsuliyyətə cəlb etməlidir. Amma hələlik belə hala rast gəlinməyib. Bu da dil məsələlərində qanunvericilik texnologiyasının yeni olmasından irəli gəlir. Ancaq müəyyən vaxtdan sonra dövlət dilinin məhdudlaşdırılması istiqamətində atılan hər bir addım cəzalandırılacaq”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR