Bank Of Baku

Hidayət Orucov: “Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı qruplarda dini siyasiləşmə meylləri mövcuddur”

Hidayət Orucov: “Azərbaycanda fəaliyyət göstərən ayrı-ayrı qruplarda dini siyasiləşmə meylləri mövcuddur”
# 21 fevral 2007 14:18 (UTC +04:00)
“Azərbaycanda dini etiqad azaddır. Ancaq ayrı-ayrı qruplar, əsasən də, qeyri-ənənəvi təriqətlərin təmsilçiləri və onların radikal qanadları digərlərinə mane olur. Bu məsələ ilə ardıcıl məşğul olmaq lazımdır”. APA-nın məlumatına görə, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov dini mövzuda yazan jurnalistlər üçün keçirilən seminarda çıxış edərkən deyib. Komitə sədri bildirib ki, bu məsələ Azərbaycan cəmiyyətində hər kəsi düşündürür. Onun sözlərinə görə, belə meyllərin qarşısının alınması Azərbaycan dövlətinin dini sahədə siyasətinin tərkib hissələrindən biridir: “Bu qruplar bəzən böyük siyasi qüvvə kimi təqdim olunsa da, belə deyil. Yalnız ayrı-ayrı qruplarda dini siyasiləşmə meylləri mövcuddur. Bunlar kiçik qruplarda olsa, mövcuddurlar və onların qarşısı alınmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR