Bank Of Baku

“Azadlıq” bloku: “ADP-nin Bakı rəhbərliyinin bəzi məsələlərdə güzəştli mövqe tutmasına baxmayaraq, Rəsul Quliyevin fərqli mövqeyindən təəssüflənirik”

“Azadlıq” bloku: “ADP-nin Bakı rəhbərliyinin bəzi məsələlərdə güzəştli mövqe tutmasına baxmayaraq, Rəsul Quliyevin fərqli mövqeyindən təəssüflənirik”
# 21 fevral 2007 14:26 (UTC +04:00)
Bu gün “Azadlıq” bloku Sədrlər Şurasının iclası keçirilib. İclasda müzakirə olunan məsələlərlə bağlı APA-ya Sədrlər Şurasının üzvü Sərdar Cəlaloğlu məlumat verib. Onun sözlərinə görə, toplantıda son vaxtlar Azərbaycan Demokrat Partiyasının (ADP) ətrafında gedən proseslərin müzakirəsi zamanı blok liderləri partiyanın Bakı rəhbərliyinin bəzi məsələlərdə güzəştli mövqe tutmasına baxmayaraq, Rəsul Quliyevin fərqli mövqeyindən təəssüfləndiklərini bildiriblər: “Sədrlər Şurasının liderləri tərəflər arasında yolların tamam bağlanmadığını və kompromislərin tapılmasının mümkün olduğunu bir daha bildirdilər. Biz hesab edirik ki, ümumiyyətlə, Azərbaycanda partiya parçalanması təcrübəsinə son qoyulmalıdır. Hər kəs öz potensialına uyğun olaraq təşkilat yaradıb ortaya qoymalıdır”. S. Cəlaloğlunun sözlərinə görə, iclasda ADP-nin təmsilçisinin dəyişdirilməsi məsələsinə toxunulmayıb. Toplantıda həmçinin Xocalı faciəsinin 15-ci ildönümü ilə də bağlı müzakirələr aparılıb. Blok rəhbərliyi bu müddətdə faciəyə hələ də hüquqi və siyasi qiymət verilməməsindən və beynəlxalq səviyyədə münasibət bildirilməməsindən təəssüfləndiklərini qeyd ediblər. Blok hesab edir ki, Xocalılara kompensasiyanın ödənilməsi tələb olunmalıdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR