Bank Of Baku

İsrail Xarici İşlər Nazirliyinin Siyasi Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Bakıya gələcək

İsrail Xarici İşlər Nazirliyinin Siyasi Araşdırmalar Mərkəzinin nümayəndə heyəti Bakıya gələcək
# 21 fevral 2007 14:46 (UTC +04:00)
İsrail Xarici İşlər Nazirliyinin Siyasi Araşdırmalar Mərkəzinin 3 nəfərdən ibarət nümayəndə heyəti fevralın 28-də Bakıya gələcək. Mərkəzin iqtisadi və siyasi araşdırmalar bölməsinin başçısı Daniel Kutnerin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan rəsmiləri və ictimaiyyət nümayəndələri ilə müxtəlif görüşlər keçirəcək. İsrailin Azərbaycandakı səfirliyindən APA-ya verilən məlumata görə, nümayəndə heyəti martın 1-də Azərbaycan Xarici İşlər Nazirliyində Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş dəyirmi masada iştirak edəcəklər. Martın 2-də isə D. Kutner Milli Elmlər Akademiyasının İnsan Haqları İnstitutunda alimlər qarşısında mühazirə oxuyacaq. Səfirlikdən onu da bildiriblər ki, İsrail Xarici İşlər Nazirliyinin tərkib hissəsi olan Siyasi Araşdırmalar Mərkəzi nazirlik, hökumət və hərbi sahədə çalışan dövlət rəsmilərini Yaxın Şərq və beynəlxalq aləmdə baş verən hadisələr barədə müstəqil təhlil və analiz ilə təmin edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR