Bank Of Baku

DİP Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı dəyirmi masa keçirib

DİP Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı dəyirmi masa keçirib
# 21 fevral 2007 14:48 (UTC +04:00)
Demokratik İslahatlar Partiyası (DİP) Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı dəyirmi masa keçirib. APA-nın məlumatına görə, tədbirdə milət vəkilləri, şəhid ailələrinin üzvləri, Qarabağla bağlı yaradılmış ictimai birliklərin rəhbərləri, bəzi nazirliklərin nümayəndələri qatılıblar. Partiya sədri Asim Molazadə Xocalı faciəsindən 15 il müddətin keçməsinə baxmayaraq, hələ də bu faciə ilə bağlı açılmış cinayət işlərinin məhkəmə ilə yekunlaşmadığını qeyd edib. Şəhid ailələri və müharibə veteranlarına qayğı göstərilməli olduğunu bildirən A. Mollazadə onların davamlı olaraq məmur laqeyidliyi ilə qarşılaşdıqlarını vurğulayıb. Millət vəkili Qarabağ müharibəsindən mənəvi və fiziki zərbə almış vətəndaşların reablitasiyası üçün müvafiq dövlət proqramının qəbul olunmasına ehtiyacın olduğunu da qeyd edib: “Məmurlar bir çox hallarda Qarabağ əlilərinə vədlər verirlər, amma onların kiçik problemini belə həll etmirlər. Bu kimi məmurlar ictimai qınağa tuş olmalıdırlar ki, belə ənənə davam etməsin”. Ehtiyatda və İstefada olan Zabitlər Birliyinin sədri Yaşar Cəfərli müharibə veteranları və şəhid ailələri üçün ayrılan müavinətlərin aşağı olduğunu bildirib. Onun sözlərinə görə, infliyasiyanın səviyyəsinə uyğun olaraq müavinətlər də artırılmalıdır. Millət vəkili Lalə Abbasova da şəhid ailələri və müharibə əlilərinə qarşı məmur laqeydliyinin olduğunu xüsusi vurğulayıb: “Bununla bağlı millət vəkili olaraq mənə bununla bağlı çoxlu müraciətlər daxil olur. Bu kateqoriya insanlara dövlət qayğısı var, sadəcə müəyyən qrup məmurlar öz vəzifə səlahiyyətlərini yerinə yetirmirlər”. Millət vəkili icra hakimiyyəti orqanlarının tərkibində şəhid ailələri və müharibə veteranları ilə bağlı idarələrin yaradılmasını təklif edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR