Bank Of Baku

“Vətən həsrəti və sönməyən ümidlər” sənədli filminin təqdimatı keçirilib

“Vətən həsrəti və sönməyən ümidlər” sənədli filminin təqdimatı keçirilib
# 21 fevral 2007 14:55 (UTC +04:00)
APA-nın məlumatına görə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, 50 dəqiqəlik film arxiv materialları, tarixi faktlar əsasında çəkilib. Filmin əvvəli 1828-1986-cı illəri əhatə edir. Bu müddətdə ermənilərin törətdiyi vəhşiliklər, onların qonşu ölkələrə müraciəti arxiv məlumatları əsasında əksini tapır. Bundan sonra isə filmdə keçmiş SSRİ prezidenti Mixail Qorboçovun bu problemin yaranmasındakı rolu göstərilir. Filmdə Heydər Əliyevin bu sahədə gördüyü işlər, onun Dövlət Neft Fondunu yaratması, həmin fonda toplanılan vəsaitin ilkin olaraq, qaçqın və məcburi köçkünlərə sərf edilməsi, Heydər Əliyevin xarici siyasəti, İlham Əliyevin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün həyata keçirdiyi tədbirlər barədə də məlumat verilib. Ə.Həsənov deyib ki, prezidentin tapşırığı ilə film ingilis dilinə tərcümə ediləcək. Bundan əlavə, həmin sənədli filmdən 10 dəqiqəlik film hazırlanacaq, ingilis, rus, ərəb, fransız dillərinə tərcümə ediləcək. Sonda film nümayiş etdirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR