Bank Of Baku

NATO Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı üzrə Azərbaycan hökumətinin həyata keçirdiyi işləri yüksək qiymətləndirib

NATO Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı üzrə Azərbaycan hökumətinin həyata keçirdiyi işləri yüksək qiymətləndirib
# 21 fevral 2007 15:11 (UTC +04:00)
Ötən həftə Bakıda səfərdə olan NATO-nun Qiymətləndirmə Missiyası Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı (İPAP) üzrə Azərbaycan hökumətinin həyata keçirdiyi işləri yüksək qiymətləndirib. Hərbi mənbələrdən APA-ya daxil olan məlumata görə, planda göstərilən bəzi öhdəliklər istisna olunmaqla, Sərhəd Qoşunları, Daxili İşlər Nazirliyi, Daxili Qoşunlar və Müdafiə Nazirliyinin təqdim etdiyi hesabatlara müsbət rəy verilib. NATO rəhbərliyi qiymətləndirmə qrupunun hesabatını müzakirə edəndən sonra martın əvvəllərində öz rəyini açıqlayacaq. İcrası ləngiyən öhdəliklər sırasında hərbi aerodromların, Hərbi Dəniz Qüvvələrinin döyüş gəmilərinin modernləşdirilməsi, müdafiə nazirinin mülki şəxslə əvəz edilməsi, Silahlı Qüvvələrin Baş Qərargahı ilə bağlı islahatların ləng aparılması, həmçinin, orduda insan haqları ilə bağlı məsələlər yer alır.
Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi, polkovnik Ramiz Məlikov da APA-ya açıqlamasında bildirib ki, NATO nümayəndələri İPAP-da Müdafiə Nazirliyinin üzərinə düşən öhdəliklərin icrasını müsbət qiymətləndirib. Onun sözlərinə görə, NATO missiyası İPAP-da Müdafiə Nazirliyinə aid olan müddəaların vaxtından əvvəl yerinə yetirildiyini bildirib: “Azərbaycan Silahlı Qüvvələrində həyata keçirilən islahatlar və NATO ilə əməkdaşlıq məsələləri missiya tərəfindən bəyənilib”.
Azərbaycanın Daxili Qoşunlarından isə APA-ya bildirilib ki, NATO missiyası qoşunlarda həyata keçirilən tədbirlərlə, həmçinin, sülhməramlı bölüyün yaradılması istiqamətində görülən işlərlə tanış olub. Daxili Qoşunlarda NATO standartlarının tətbiqi ilə bağlı həyata keçirilən işlər müsbət qiymətləndirildiyi bildirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR