Bank Of Baku

Həsrət Rüstəmov Rəsul Quliyevin şəkillərinin partiya qərargahından götürülməsi üçün Akif Şahbazova müraciət edib

Həsrət Rüstəmov Rəsul Quliyevin şəkillərinin partiya qərargahından götürülməsi üçün Akif Şahbazova müraciət edib
# 21 fevral 2007 15:36 (UTC +04:00)
Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi ADP-nin Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin üzvü Həsrət Rüstəmov Rəsul Quliyevin şəkillərinin partiya qərargahından götürülməsi üçün ADP Ali Məclisinin keçmiş sədri Akif Şahbazova müraciət edib. Bu barədə APA-ya partiyanın mətbuat xidmətindən məlumat daxil olub. Məlumatda ADP-nin yüksək əxlaq nümayiş etdirərək, keçmiş sədrin portret və şəkillərini təhlükəsiz vəziyyətdə Rəsul Quliyev tərəfdarlarına təqdim etmək istədikləri, bununla da R. Quliyevə sonuncu dəfə öz ehtiramlarını bildirdikləri qeyd olunub. Qeyd edək ki, R. Quliyevin tərəfdarları Ali Məclisin iclasını keçirdikdən sonra S. Cəlaloğlu öz otağından Rəsul Quliyevin portretini çıxarıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR