Bank Of Baku

Beynəlxalq Ana Dili Günündə təhsil hüquqlarının bərpası tələbi ilə İranda aksiya keçirmək istəyən bir neçə azərbaycanlı həbs edilib

Beynəlxalq Ana Dili Günündə təhsil hüquqlarının bərpası tələbi ilə İranda aksiya keçirmək istəyən bir neçə azərbaycanlı həbs edilib
# 21 fevral 2007 16:05 (UTC +04:00)
21 fevral - Beynəlxalq Ana Dili Günündə təhsil hüquqlarının bərpası tələbi ilə aksiya keçirmək istəyən azərbaycanlılardan bir qrupu İran hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub. Azərbaycan Siyasi Məhbusları Müdafiə Komitəsinin sədri Səid Nəimi APA-ya Tehrandan bildirib ki, İran hüquq-mühafizə orqanlarının əməkdaşları iki gün ərzində Azərbaycan şəhərlərində xüsusi əməliyyatlar keçiriblər. Əməliyyat zamanı Zəncanda dinc aksiya keçirmək istəyən azərbaycanlılardan 4-ü, Xoyda 1-i, Urmiyada 6-sı, Ərdəbildə isə 2-si İran həbs edilib. Tutulan azərbaycanlıların harada saxlandıqları haqda isə heç bir məlumat verilmir. S. Nəimi İran hakimiyyətinin onları anlamadığını və bütün tələblərini separatçılıqla bağladığını bildirib: “İnsani hüquqlarımızı tələb etdiyimiz halda həbs edilirik. Dünyanın heç bir yerində İranda millətlərə göstərilən münasibət yoxdur. İran hökuməti birdəfəlik anlamalıdır ki, 30 milyon azərbaycanlı ana dilində təhsil almaq istəyir və bu, onun Allah tərəfindən verilən haqqıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR