Bank Of Baku

Misir Mərdanov Rusiya səfiri Vasili İstratovu qəbul edib

Misir Mərdanov Rusiya səfiri Vasili İstratovu qəbul edib
# 21 fevral 2007 16:14 (UTC +04:00)
Təhsil naziri Misir Mərdanov Rusiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Vasili İstratovu qəbul edib. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə yaxın günlərdə Rusiya Federasiyasının təhsil və elm naziri cənab Andrey Fursenkonun ölkəmizə edəcəyi səfər barədə söhbət aparılıb. Görüşdə tərəflər, həmçinin, qonağın səfər proqramını müzakirə edib və onun baş çəkəcəyi təhsil müəssisələrini müəyyənləşdiriblər. Səfər zamanı Rusiya Federasiyası ali təhsil müəssisələrinin ölkəmizdə fəaliyyət göstərən filialları, habelə, təhsil sahəsi ilə bağlı bir sıra məsələlərin müzakirə edilməsi nəzərdə tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR