Bank Of Baku

ABŞ Dövlət Departamenti: “Rəsmi Tehranın azərbaycanlı dissidentlərə qarşı təzyiqlərinə dəfələrlə etiraz bildirmişik”

ABŞ Dövlət Departamenti: “Rəsmi Tehranın azərbaycanlı dissidentlərə qarşı təzyiqlərinə dəfələrlə etiraz bildirmişik”
# 22 fevral 2007 08:51 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri ABŞ Dövlət Departamentinin sözçüsünün köməkçisi Tom Keysi Vaşinqtonda keçirdiyi mətbuat konfransında söyləyib. İranda Azərbaycan icmasının aktiv üzvlərinin həbsi barədə Dövlət Departamentinin məlumatı olub-olmadığı barədə sualı cavablandıran Tom Keysi hazırda belə bir məlumata malik olmadıqlarını deyib: “ABŞ dəfələrlə İran rejimini vətəndaşlara qarşı sistemli təzyiqləri dayandırmağa, insan hüquqlarına hörmətlə yanaşmağa, söz, media, sərbəst toplaşmaq, vicdan və əmək azadlığı tələb etdiklərinə görə həbs olunmuş insanları azadlığa buraxmağa çağırıb. Biz çox təəssüf edirik ki, rejim etnik azlıqlara, o cümlədən azərbaycanlılara, kürdlərə, ərəblərə qarşı təzyiqləri davam etdirir. ABŞ BMT, xarici hökumətlər və qeyri-hökumət təşkilatları vasitəsilə beynəlxalq ictimaiyyətin diqqətini İran rejiminin bu əməlləri üzərində cəmləşdirmək istiqamətində fəaliyyətini davam etdirir”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR