Bank Of Baku

ATƏT Parlament Assambleyasının sessiyası başlayıb

ATƏT Parlament Assambleyasının sessiyası başlayıb
# 22 fevral 2007 09:29 (UTC +04:00)
APA-nın xəbərinə görə, sessiyada əsas müzakirə mövzusu ATƏT məkanında enerji təhlükəsizliyi məsələsidir. Sessiyada qurumun milli azlıqların işi üzrə ali komissarı Rolf Ekeusun, iqtisadiyyat və ətraf mühit üzrə koordinator Bernar Snounun, Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun sədri Kristian Ştrohalın, söz və mətbuat azadlığı üzrə xüsusi nümayəndə Mikloş Haraştinin məruzələri dinlənəcək. M. Haraştinin məruzəsində Azərbaycanda mətbuatın vəziyyətinə də toxunulacaq. Sessiya çərçivəsində Siyasi və təhlükəsizlik məsələləri üzrə, İnsan hüquqları, demokratiya və humanitar məsələlər üzrə, Elm, texnologiya, ətraf mühit və iqtisadi məsələlər üzrə komitələrin iclasları da keçiriləcək. Yekunda hər üç komitənin birgə yığıncağı olacaq.
ATƏT PA-nın iki gün davam edəcək sessiyasında Azərbaycan da daxil olmaqla 52 üzv ölkədən 250 nümayəndə iştirak edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR