Bank Of Baku

Azərbaycan səfirlikləri Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı tədbirlər keçirəcəklər

Azərbaycan səfirlikləri Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı tədbirlər keçirəcəklər
# 22 fevral 2007 12:13 (UTC +04:00)
Fevralın 26-da dünyanın müxtəlif ölkələrindəki Azərbaycan səfirlikləri Xocalı faciəsinin 15-ci ildönümü ilə bağlı tədbirlər keçirəcəklər. APA-nın xəbərinə görə, Latviyada “Ocaq” Mədəniyyət Mərkəzi Azərbaycan səfirliyinin dəstəyi ilə faciənin ildönümünə həsr olunan konfrans təşkil edəcək. Səfir Tofiq Zülfüqarov bildirib ki, həmin gün Latviya mətbuatında Xocalıda baş verən hadisələrə dair yazıların dərc olunacağı da gözlənilir. Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) də faciənin ildönümü ilə bağlı tədbir keçiriləcək. Azərbaycanın bu ölkədəki səfiri Eldar Səlimov diaspor təmsilçilərinin iştirakı ilə toplantı keçirməyə hazırlaşdıqlarını deyib. Bundan başqa, BƏƏ-nin dövlət qurumlarına, ictimai təşkilatlarına, ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərə Xocalı faciəsi ilə bağlı press-relizlər göndəriləcək. Qazaxıstandakı Azərbaycan səfirliyi də diaspor təmsilçiləri və bu ölkə rəsmi dairələrinin nümayəndələrinin iştirakı ilə yığıncaq keçirəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR