Bank Of Baku

Azərbaycan parlamentinin üzvləri Hollandiyada Xocalı soyqırımına həsr olunmuş beynəlxalq konfransda iştirak edəcəklər

Azərbaycan parlamentinin üzvləri Hollandiyada Xocalı soyqırımına həsr olunmuş beynəlxalq konfransda iştirak edəcəklər
# 22 fevral 2007 13:42 (UTC +04:00)
Sabah Azərbaycan parlamentinin nümayəndə heyəti Xocalı soyqırımının 15-ci ildönümünə həsr edilən beynəlxalq konfransda iştirak etmək üçün Hollandiyanın Lahey şəhərinə gedəcək. Milli Məclisin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, tədbirdə deputatlar Musa Quliyev, Elman Məmmədov, Qənirə Paşayeva və Vidadi Məmmədov iştirak edəcək. Türkiyənin İqdır bələdiyyəsinin təşəbbüsü ilə Hollandiyada keçiriləcək həmin konfransda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın Xocalı şəhərində ermənilərin xüsusi qəddarlıqla törətdikləri soyqırımı ilə bağlı videomateriallar, tarixi sənədlər nümayiş etdiriləcək, faciənin miqyaslarından və acı nəticələrindən bəhs edən məruzələr oxunacaq, XX əsrdə azərbaycanlılara və türklərə qarşı amansız qətliamlar törədən erməni millətçilərinin iç üzü ifşa olunacaq. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR