Bank Of Baku

Dəqiqləşdirilmiş seçici siyahıları mayın 30-dan sonra MSK-nın saytında yerləşdiriləcək

Dəqiqləşdirilmiş seçici siyahıları mayın 30-dan sonra MSK-nın saytında yerləşdiriləcək
# 22 fevral 2007 13:59 (UTC +04:00)
Seçici siyahıları dəqiqləşdirildikdən sonra yeni siyahılar Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi internet saytında yerləşdiriləcək. Bu barədə APA-ya MSK-nın nəzdnində fəaliyyət göstərən “Seçkilər” İnformasiya Mərkəzindən məlumat verilib. Məlumatda seçici siyahılarının hazırda Dairə Seçki Komissiyalarında araşdırıldığı və martın əvvəlində MSK-ya təqdim olunacağı bildirilib. Qanunvericiliyə görə isə MSK mayın 30-na kimi dəqiqləşdirmə apardıqdan sonra seçici siyahılarını təsdiq etməlidir. Yalnız bundan sonra siyahılar saytda yerləşdiriləcək. 2006-cı ildəki seçici siyahıları ilə müqayisədə bu il seçicilərin sayının xeyli artacağı qeyd olunub. Xatırladaq ki, 2006-cı ilin mayın 30-da təsdiq olunmuş seçici siyahılarında 4 milyon 600 min 812 seçicinin adı olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR