Bank Of Baku

Gəncədə xüsusi peşə qabiliyyətinə malik işçilərə böyük ehtiyac var

Gəncədə xüsusi peşə qabiliyyətinə malik işçilərə böyük ehtiyac var
# 22 fevral 2007 14:18 (UTC +04:00)
Gəncədə xüsusi peşə qabiliyyətinə malik işçilərə böyük ehtiyac var. Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov APA-nın qərb bürosuna bildirib ki, bu gün Təmizlik İdarəsində 60-a yaxın vakant yer var və hər birinin məvacibi təxminən 100-120 manatdır: “Lakin heç kim burada işləmək istəmir”. E. Əzizovun sözlərinə görə, işləmək istəyənlərin çoxu orta məktəbi bitirənlərdir ki, onlar da heç bir peşəyə malik deyillər: “Bunu nəzərə alaraq biz Təhsil Nazirliyi ilə birgə texniki peşə məktəblərinin fəaliyyətini bərpa etmək fikrindəyik. Bu məsələni artıq Misir Mərdanovla müzakirə etmişik. Qoy orta məktəbi kafi qiymətlərlə bitirən gənclər peşələrə yiyələnsinlər ki, gələcəkdə işlə təminatda çətinlik çəkməsinlər”. E. Əzizov əlavə edib ki, bu məsələ ilə bağlı Gəncə Şəhər Təhsil İdarəsinə artıq xüsusi tapşırıq verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR