Bank Of Baku

ADP rəhbərləri ABŞ və Böyük Britaniya diplomatları ilə görüşüblər

ADP rəhbərləri ABŞ və Böyük Britaniya diplomatları ilə görüşüblər
# 22 fevral 2007 14:53 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun nümayəndələri də Azərbaycan Demokrat Partiyasının (ADP) daxilində baş verən qarşıdurmalarla maraqlanmağa başlayıblar. Sərdar Cəlaloğlunun rəhbərlik etdiyi ADP-nin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, bu gün Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin sədri S. Cəlaloğlu və sədrin müavini Taliyət Əliyev ABŞ-ın Beynəlxalq Respublikaçılar İnstitutunun Bakı ofisinin rəhbəri Dallas Frohriblə görüşüblər. Görüşdə partiya ətrafında yaranmış vəziyyətlə bərabər ölkədəki ictimai-siyasi vəziyyət də müzakirə edilib. Bu gün həmçinin TK-nın sədr müavinləri Həsrət Rüstəmov və Taliyət Əliyev Böyük Britaniya səfirliyində səfirin müavini Kolin Velslə görüşüblər. Bu görüşdə də partiyadaxili vəziyyətlə əlaqədar müzakirələr aparılıb. ADP funksionerləri partiyada yaranmış vəziyyətin siyasi və hüquqi tərəfləri haqqında Böyük Britaniya diplomatını məlumatlandırıblar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR