Bank Of Baku

YAP Çikaqoda keçiriləcək “XX və XXI əsrlərin soyqırımları” mövzusunda seminarın proqramına uydurma “erməni soyqırımının” daxil edilməsi ilə əlaqədar təşkilatçılara etiraz məktubu ünvanlayıb

YAP Çikaqoda keçiriləcək “XX və XXI əsrlərin soyqırımları” mövzusunda seminarın proqramına uydurma “erməni soyqırımının” daxil edilməsi ilə əlaqədar təşkilatçılara etiraz məktubu ünvanlayıb
# 22 fevral 2007 14:58 (UTC +04:00)
Fevralın 24-də Çikaqonun Nort Park Universitetində “XX və XXI əsrlərin soyqırımları” mövzusunda seminar keçiriləcək. Seminarda Xolokost, Kambocada və Ruandada baş vermiş kütləvi qırğınlar kimi tarixi hadisələrlə yanaşı, uydurma “erməni soyqırımı” haqqında məruzə dinlənilməsi də nəzərdə tutulur. Yeni Azərbaycan Partiyası (YAP) seminarın proqramına uydurma “erməni soyqırımının” daxil edilməsi ilə əlaqədar təşkilatçılara etiraz məktubu ünvanlayıb. Bu barədə APA-ya YAP-ın mətbuat xidmətindən məlumat verilib. Məktubda qeyd olunub ki, seminarın proqramına uydurma “erməni genosidi” ilə əlaqədar məsələnin daxil edilməsi keçirilən müzakirələrin tarixi obyektivliyinə və elmi yükünə ciddi kölgə salır: “Ümumiyyətlə, “erməni genosidi” anlayışı XX əsrin ortalarında xaricdə məskunlaşmış erməni diasporunun uydurması olub, ciddi tarixi köklərə malik deyil. Ona görə də bu cür müzakirələrin təşkil edilməsi əslində “erməni genosidi” şousundan siyasi təbliğat vasitəsi kimi yararlanmağa çalışan indiki Ermənistan rəhbərliyinin səylərinə dəstək vermək cəhdindən başqa bir şey olmayacaq”.
Məktubda daha sonra deyilir: “Əslində milli mənsubiyyətə görə kütləvi qırğınlardan danışarkən erməni millətçilərinin uzun illər boyu azərbaycanlılara qarşı törətdikləri cinayətləri göstərmək lazımdır. Tarixdə ermənilərin azərbaycanlılara qarşı soyqırım törətdiyini sübut edən kifayət qədər dəlil var. Bunun üçün heç də tarixin ən uzaq dövrünə deyil, indiki nəslin gözü qarşısında baş vermiş hadisələrə diqqət yetirmək yetərlidir. Ötən əsrin 80-ci illərinin axırlarında ermənilər Azərbaycanın tarixi ərazisi olan Dağlıq Qarabağı ələ keçirmək niyyəti ilə geniş təcavüzə başlamış və nəticədə Azərbaycanın 20 faiz ərazisini işğal edib, 20 min azərbaycanlı öldürülüb, 100 mindən artığı isə yaralanıb və şikəst olub”. YAP müzakirə iştirakçılarını və dinləyiciləri əsl soyqırımla tarixi faktları təhrif etməklə uydurulan “soyqırım” arasındakı fərqi görməyə çağıraraq, Xocalı həqiqətlərini özündə əks etdirən foto-materialları da elektron poçt vasitəsi ilə seminar təşkilatçılarına çatdırıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR