Bank Of Baku

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bir neçə dövlət qurumlarındakı vakant yerlərə müsabiqə elan edib

Azərbaycan Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bir neçə dövlət qurumlarındakı vakant yerlərə müsabiqə elan edib
# 22 fevral 2007 15:02 (UTC +04:00)
Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya bir neçə dövlət qurumlarındakı vakant yerlərə müsabiqə elan edib. Bu barədə APA-ya Komissiyadan məlumat verilib. Müsabiqə Mədəniyyət və Turizm Nazirliyinin, Hesablama Palatasının, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın informasiya texnologiyaları və proqram təminatı sahəsində vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün elan edilib. Dövlət qulluğunda inzibati vəzifələrin 6-cı təsnifatı üzrə 14 vakansiyaya namizədlərin seçilmə prosesi Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyası tərəfindən aparılır. Müsabiqədə iştirak etmək istəyənlər sənədlərini 30 gün müddətində Komissiyaya təqdim etməlidir. Təqdim olunmuş sənədlər yoxlanıldıqdan sonra namizədlər müsabiqənin ilk mərhələsi olan test imtahanlarına buraxılacaq. Birinci mərhələdə müvafiq bal toplayan namizədlər müsahibədə iştirak etmək imkanı qazanacaqlar. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR